XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Oktyabr, 2014
Muzeyə yeni eksponat daxil olub

saxsiAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erkən orta əsrlərə aid saxsı qabı Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə etmişdir.


N.Vəlixanlı bildirdi ki, saxsı qab sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammitində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən dövlət başçımıza təqdim edilmişdir. Saxsı qab keçən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılmışdır. N.Vəlixanlı hədiyyə olunan eksponatın Muzeyin ekspozisiyasında yer alacağını vurğulayaraq, Milli Azərbaycan Tarixi Muzeyinə göstərdiyi diqqət və etimada görə kollektiv adından ölkə rəhbərinə təşəkkürünü bildirdi.

saxsi saxsi