XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Oktyabr, 2014
Muzey Mərkəzində “Böyük İpək Yolunda Tekstil” sərgisi açılacaq

“Böyük İpək Yolunda Tekstil” sərgisi AzərTAcın məlumatına əsasən, 2014-cü il oktyabr ayının 10 -dan noyabr ayının 08 -dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında Rusiya Etnoqrafiya muzeyinin külliyyatından (Sankt- Peterburq) "Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili- Böyük İpək yolunun mirası" adlı sərgi keçiriləcək.


Sərginin təntənəli açılış mərasimi 2014-cü il, 10 oktyabr saat 18:00-da Muzey Mərkəzinin Dairəvi zalında baş tutacaq.

Rusiya Etnoqrafiya muzeyinin külliyyatından olan etnoqrafik abidələri tərənnüm edən "Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili - Böyük İpək yolunun mirası" sərgisi ənənəvi mədəniyyətin vacib sahələrindən biri olan tekstil sənətkarlığına həsr edilib. Sərginin əsas məqsədlərindən biri Orta Asiya və Qafqaz ərazilərindən keçən bütün tarixi magistral xətlərdə digər bədii məmulatların istehsalı ilə bərabər inkişaf etmiş tekstil hasilatı ilə zəngin olmasını göstərmək; bayram və gündəlik geyimlərdə, mərasim və sosial münasibətlərdə işlənən ipək parçaların yerli xüsusiyyətlərlə zəngin olmasını ks etdirməkdir. Sərginin digər məqsədi toxuculuq işinin regional spesifikası haqqında təsəvvürləri daha dolğun göstərmək, ipək və yun parçaların bu iki region xalqlarının mədəniyyətlərində nisbətini qeyd etməkdən ibarətdir.

Böyük İpək yolu - Çin və Qərbi Avropanı bir-birinə bağlayan, iki min il bundan öncə qədim və yeni eraların ayırıcında meydana gəlmiş ticari magistral sistemdir. Böyük İpək yolu ilə müxtəlif istiqamətlərdə yüzilliklər ərzində ipək və ədviyyatların vacib yer tutduğu müxtəlif çeşidli mədəni dəyərlər daşınırdı. Karvan ticarətinin əsas marşrutu Şimali Əfqanıstan və Orta Asiya, İran, Azərbaycan və Ermənistan, Kiçik Asiya və Levant ərazilərindən keçirdi. Baş magistralla yanaşı Altay və qazax çöllərindən Cənubi Ural, Aşağı Povoljye və Şimali Qara dəniz ərazilərinə aparan çöl yolu da fəaliyyət göstərirdi.

Sərgidə Mərkəzi Asiya və Qafqaz xalqlarının ənənəvi mədəniyyətlərində tekstilin yerini, eləcə də onun mövcudluğunu xarakterizə edən 350-yə yaxın əşya (toxuculuq alətləri və maşınları, kostyum kompleksləri, interyer əşyaları, minik və yük heyvanları, parça nümunələri, xalça və naxışlar, toy mərasimi atributları, islam ayinlərinə məxsus əşyalar və s.) sərgilənir.

Sərgidə Qafqaz və Mərkəzi Asiya xalqlarının toy mərasiminin unikal atributları, o cümlədən yenicə ailə quranlar üçün qurama pərdələr, naxışlı yataqüstü örtüklər, bayraq və noqay toy çadırı üçün bəzəklər, hədiyyə əşyaları nümayiş olunur. Sərgilənən muzey abidələri yeni ailə quranların və nəslin davamını qorumağa istiqamətlənmiş xalq sehrinin üsulları ilə dərindən bağlı olan xalq sənətinin əsil inciləridir.

Azərbaycan evinin interyeri məşhur şərtləri ilə fərqlənir, lakin orada toplanan kompleks əşyalar toxuculuq sənəti məmulatlarının, o cümlədən xalça sənətinin gündəlik məişətdə oynadığı rolu qiymətləndirməyə imkan verir. Bu sərginin materialları artıq 2012-ci ildə ispan şəhəri Valensiya muzeyində, 2014-cü ilin yayında isə - Qazaxstan Respublikasının paytaxtı Astana şəhərində sərgilənmişdir. Rusiya Etnoqrafiya muzeyinin əməkdaşları Bakıda təşkil olunmuş "Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili - Böyük İpək yolunun mirası" sərgisinin işini ölkələrimizin xalqları arasında olan dostluğu təcəssüm etdiyi qənaətindədir.