XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Oktyabr, 2014
Muzeyin əməkdaşı P.Gözəlovun Beynəlxalq konqresdə məruzəsi dinlənilmişdir

Silah Kolleksiyaları və Hərbi Tarix Beynəlxalq Muzeylər Komitəsinin KonqresiMilli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlov “Silah Kolleksiyaları və Hərbi Tarix Beynəlxalq Muzeylər Komitəsinin Konqresi”ndə (International Committee for Museums of Arms and Military History — ICOMAM) məruzə ilə iştirak etmişdir.


Qeyd etmək lazımdır ki, “Silah Kolleksiyaları və Hərbi Tarix Beynəlxalq Muzeylər Komitəsinin Konqresi” 1957-ci ildə yaradılıb və bura 50 ölkədən tarixi və hərbi-tarixi muzeylərini təmsil edən 260 daimi mütəxəssis daxildir. Konqresin ər il keçirilən konfransların məqsədi hərb tarixi sahəsində elmi araşdırmaların mübadiləsi, muasir tədqiqatların muzey ekspozisiyalarında əks olunması kimi məsələlərin müzakirəsidir.

Beynəlxalq Konqresin bu dəfəki iclası “Hərbi-tarix muzeyləri muasir tarix kontekstində. Aktuallıq və təlabat” adı altında Rusiya Federasiyasının Moskva şəhərində keçirilmişdir. Kongresdə Rusiya, Azərbaycan, ABŞ, Avstriya, Almaniya, Braziliya, Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İsveç, Finlandiya, Malta, Namibiya, Polşa, Sloveniyadan 60-dan artıq muzey mütəxəsisləri iştirak etmişdir. Konqresin əsas iclasları RF Silahlı Güvvələrinin Mərkəzi Muzeyində keçirilmişdir.

P.Gözəlov Azərbaycanı bu konqresdə təmsil edən yeganə iştirakçı olmuşdur. O, “XIX əsrdə Rusiya İmperiyası ordusunun tərkibində Azərbaycan atlı-müsəlman alayları” mövzusunda məruzə ilə çıxış etmişdir. Böyük maraqla dinlənilən məruzədən sonra Milli Azərbaycan Tarixi Muzeyində qorunan Azərbaycan atlı-müsəlman alaylarının bayraqlarını əks etdirən slayd- film də nümayiş olunmuşdur.

Konqres müddətində həmçinin iştirakçılar RF Silahlı Güvvələrinin Mərkəzi Muzeyinin ekspozisiyası, bayraqlar, uniformalar və silahlar fondları, eləcə də Rusiya Dövlət Tarix Muzeyinin ekspozisiyası və silahlar, parçalar və kostyum tarixi fondları ila tanış edilmişdirlər.

İştirakçılara Moskvada 154-cü Preobrajensk alayının gərarqahındakı tarix muzeyi, Moskva  Kremli Silah Palatasının ekspozisiyası, Moskvada 1941-1945 Böyük Vətən Müharibəsi muzeyi, Tula şəhərində Tula Dövlət Silah Muzeyi ekspozisiya ilə tanış olmaq imkanı yaradılmışdır.

Silah Kolleksiyaları və Hərbi Tarix Beynəlxalq Muzeylər Komitəsinin Konqresi Silah Kolleksiyaları və Hərbi Tarix Beynəlxalq Muzeylər Komitəsinin Konqresi Silah Kolleksiyaları və Hərbi Tarix Beynəlxalq Muzeylər Komitəsinin Konqresi Silah Kolleksiyaları və Hərbi Tarix Beynəlxalq Muzeylər Komitəsinin Konqresi Silah Kolleksiyaları və Hərbi Tarix Beynəlxalq Muzeylər Komitəsinin Konqresi