XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Oktyabr, 2014
Muzeyin əməkdaşı F.Cabbarov “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə keçirilmiş müsabiqənin qalibləri sırasındadır

Azərbaycanın neft salnaməsiMilli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov “Əsrin müqaviləsi” böyük neft Sazişinin imzalanmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə AMEA-nın gənc alimlərinin mükafatlandırılması məqsədilə keçirilmiş  müsabiqədə iştirak etmişdir.


Müsabiqənin məqsədi neft-qaz və neft-kimya sahəsində fundamental və tətbiqi tədqiqatlarda aktiv iştirak edən gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları yaratmaq olmuşdur.

AMEA-nın 27 gənc alimi neft-qaz və neft-kimya sahəsində əldə etdikləri elmi nəticələri müsabiqəyə təqdim etmişdir. Təqdim olunmuş elmi nəticələrin ekspertizası və qiymətləndirilməsi AMEA prezidentinin 15 may 2014-cü il tarixli 85 №-li sərəncamı ilə yaradılmış Komissiya tərəfindən həyata keçirilmişdir. Komissiya iddiaçıların nəticələrinin elmi-praktiki əhəmiyyətinə görə 3 kateqoriya üzrə qiymətləndirilmiş və 19 nəfər gənc alimə bu kateqoriyalar üzrə mükafatlar vermişdir.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cabbarov Fərhad Rafiq oğlunun “Əsrin müqaviləsi” nin 20-ci ildönümünə həsr olunmuş “Azərbaycanın neft salnaməsi” adlı kataloqu müsabiqədə 3-cü kateqoriya üzrə qalib hesab olunmuşdur.

Mili Azərbaycan Tarixi Muzeyin rəhbərliyi və muzeyin əməkdaşları adından  Fərhad Cabbarovu təbrik edirik!

Fərhad Cabbarov kataloq