Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransında Muzey əməkdaşları fəal iştirak etmişlər.
Bu yaxınlarda işıq üzü görmüş konfrans materiallarında (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2014, 376 səh) muzeyin elmi işlər üzrə direktor müavini t.e.d. Nərgiz Əliyevannın “Orta əsrlərdə Azərbaycan şeyxləri və xanəgahlar”, elmi işçi t.ü.f.d. Pərvin Gözəlovun “Восточная символика на азербайджанских знаменах XVII-XVIII веков”, elmi işçi Sənubər Dostiyevanın “Orta əsr Şəmkir şəhərinin zərgərlik sənətində ümummüsəlman şərq xüsusiyyətləri”, elmi işçi Aygün Məmmədovanın “Şərqşünas X.D.Fredin tədqiqatında VII-IX əsrlərə aid Arran sikkələri (“Recencio numorum Muhammedanorum” əsərinə istinadən)” adlı məqalələri dərc olunub.
Məqalələrlə saytın “Muzey KİV-də” bölməsində tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.