XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Noyabr, 2014
“İrs- Наследие” jurnalının növbəti nömrəsində “Azərbaycanın hərbi təyyarəciləri birinci dünya müharibəsi illərində” adlı məqaləsi dərc olunub

 “İrs-Heritage” beynəlxalq jurnalının rus versiyasının növbəti nömrəsində  Muzeyin əməkdaşı, t.ü.f.d. Məmməd Məmmədovun  “Azərbaycanın hərbi  təyyarəciləri birinci dünya müharibəsi illərində” adlı məqaləsi dərc olunub (“İrs- Heritage”, 5 (71), 2014, s.60-62).     


Məqalədə birinci dünya müharibəsi illərində azərbaycanlı hərbi təyyarəçiləri –Fərrux ağa Qayıbov və Əli bəy Verdiyevin iştirakından bəhs olunur.  Müəllif  Milli Azərbaycan tarixi muzeyində qorunub saxlanılan foto sənədlər əsasında Azərbaycan təyyarəçilərimizin həyat və yaradıcılığları, onların döyüşlərdə göstərdiyi qəhrəmanlığları  haqqında  məlumat verir.

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.