“İrs-Heritage” beynəlxalq jurnalının rus versiyasının növbəti nömrəsində Muzeyin əməkdaşı, t.ü.f.d. Səbuhi Əhmədovun “Bakı və Dərbənd rus rəssamı I.Şeblikinin əsərlərində” adlı məqaləsi dərc olunub (“İrs- Heritage”, 5 (71), 2014, s.26-32).
Məqalədə rus arxeoloq, tarixçi, memar, rəssam İvan Pavloviç Şeblıkinin qədim Azərbaycan şəhərləri Bakı və Dərbənd abidələrinə həsr olunmuş rəsmlərdən bəhs olunur. 1930-40-cı illərdə çəkilmiş abidələrin bərpadan öncəki vəziyyətini təsüvvür etməyə imkan verir.
Qeyd etmək lazımdır ki, rəsmlər Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda qorunur.
Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.