XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Noyabr, 2014
Muzey əməkdaşı Xəzər Universitetində mühazirə ilə çıxış etdi

Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun Xəzər Universitetinin Təhsil fakültəsinin tələbələri ilə görüşü keçirildi.


S.Əhmədov tələbələrin qarşısına xüsusi libasda – I dünya müharibəsi illərində azərbaycanlılardan ibarət yeganə hərbi hissə olan Tatar (Azərbaycan) atlı alayı əsgərinin geyimində çıxdı.O, tələbələrə “Azərbaycan Birinci dünya müharibəsi illərində” mövzusunda mühazirə oxudu. Azərbaycanın həmin müharibədə oynadığı rol, hərbi sərkərdələr, hərbi hospitallar, Bakı dəniz aviasiya məktəbi və müharibə illərində Azərbaycanın iqtisadiyyatı haqqında ətraflı məlumat verdi, tələbələri maraqlandıran sualları cavablandırdı.