Rus dilində Muzeyin direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalovanın “Mərkəzi Asiya və Azərbaycan türk xalqlarının tarixi və mədəniyyəti əlaqələrinə baxış (qədim zamanlardan XVIII əsrin sonuna qədər)” adlı məqaləsi Qazaxstanın Türk Akademiyasının “Qlobal-Turk” jurnalında dərc olunub (“Qlobal-Turk”, 2014, s.130-147).
Məqalədə Azərbaycanın və Mərkəzi Asiyanın mədəni irsi, tarixi qarşılıqlı əlaqələri, türk mənşəyi, dinin və dil birliyindən bəhs olunur. Azərbaycan xalqının başqa ölkələrin xalqları, ilk növbədə türk xalqları ilə mədəni əməkdaşlığı, tarix və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi haqqında məlumat verilir. Müasir dövrdə türk xalqları arasında mövcud olan mədəni əlaqələr bu xalqların tarixi keçmişinə əsaslanır.
Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.