XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Noyabr, 2014
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları “Bakı Elm Festivalı-2014” festivalında iştirak etmişlər

Noyabrın 10-11-də AMEAnın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Bakı Elm Festivalı-2014” festivalı keçirilmişdir. Festivalın açılış mərasimi “Akademiya şəhərciyi”ndə, AMEA-nın Əsas binasında baş tutub. Festivalda Milli Azərbaycan Tarixi Muzeyi də fəal iştirak etmişdir.


Muzeyin əməkdaşları t.ü.f.d. Bəhmən Kərimov, t.ü.f.d. Pərvin Gözəlov festivalda Muzeyin güşəsini təqdim etmişlər. Burada Muzeyin nəşrləri olan monoqrafiya, kataloq, bukletlər, məqalə topluları tamaşaçılara təqdim edilmişdir. Həmçinin  güşədə slaydlar vasitəsilə Muzeyin fəaliyyəti işıqlandırılmışdır.