XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Noyabr, 2014
Muzeyin əməkdaşı Xəzər Universitetində mühazirə ilə çıxış etdi

Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin əməkdaşıi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov “Xəzər” Universitetində Bayraq günü münasibəti ilə məruzə ilə çıxış etmişdır.


Tarix fakultəsinin tələbələrinə "XVIII-XIX əsrlər  Azərbaycan xanlıqlarının və atlı-müsəlman alaylarının bayraqları" mövzusunda mühazirə oxuyan P.Gözəlov müvafiq slaydlardan ibarət prezentasiya da nümayiş etdirmişdir. Daha sonra o, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.