XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Noyabr, 2014
Muzeyin Numizmatika fondunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Rəcəblinin “Монетное дело Азербайджанского Государство Сефевидов” adlı kitabı sərginin qalibi olmuşdur

Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Rəcəblinin “Монетное дело Азербайджанского Государство Сефевидов” adlı kitabı “BAKIFİLEKSPO-2014” IV Milli filateliya sərgisinin qalibi olmuşdur.


9 noyabr Dövlət Bayrağı gününə həsr edilmiş “BAKIFİLEKSPO-2014” IV Milli filateliya sərgisini Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti və Azərbaycan Filatelistlər ittifaqı tərəfindən təşkil edilmişdir. “Four Seasons” otelinin “ŞUR” salonunda keçirilmiş sərginin əsas  məqsədi müasir Azərbaycan dövlətçiliyinin yaranma və inkişaf tarixini, dövlət rəmzlərinin aliliyi və əhəmiyyətini filateliya və numizmatika materialları vasitəsi ilə göstərməkdir.

Əli Rəcəblinin yuxarıda qeyd olunan kitabı sərginin Qızıl medalı ilə mükafatlarndırılmışdır.

Mili Azərbaycan Tarixi Muzeyin rəhbərliyi və muzeyin əməkdaşları adından  Əli Rəcəblini təbrik edirik!