XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Noyabr, 2014
“AZƏRBAYCAN – MÖCÜZƏLİ ODLAR YURDU” sərgisinə hazırlıq işləri başlandı

Çexiya Milli Muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeylərinin sıx əməkdaşlığı nəticəsində, cox sayda zənqin eksponatların ilk dəfə “Azərbaycan – möcüzəli Odlar yurdu” adlı böyük sərqinin qurulmasına start verildi.


Sərgi Çexiya Respublikasının Praqa şəhərində Çexiya Milli Muzeyi – Asiya, Afrika və Amerika Mədəniyyətləri Naprstek muzeyində nümayiş olunacaq.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin 250 eksponatı və Çexiya Muzeylərində Azərbaycana aid olan 50 eksponat nümayiş olunacaq. Onların arasında mis qablar, ziynət əşyaları, sikkələr, tətbiqi sənəd nümunələri, musiqi alətləri, silahlar və ən marağlı Azərbaycan xalcaları təqdim olunacaq.

  Sərgidə Azərbaycan Dövlətinin zəngin tarixi və qədim ənənələri nümaiş olunacaq.

 Azərbaycan tərəfindən, sərginin rəhbəri və müəllifi AMEA Milli Azərbaycan Tarixi Muzeyin direktoru, akademik Nailə xanım Vəlixanlıdır. Koordinator -Məhfuzə Zeynalova, sərginin dizaynı - Səbuhi Əhmədov, kompyuter dizaynerləri - Səbuhi Əhmədov, Emin Dadaşov, press mediya - Nüşabə Əsədova, İnarə Muradəliyeva, texniki işlər üzrə - Əli Məhərrəmov, bərpaçı - Təhsib Zəvərli.

  Çexiya terəfindən : sərginin təşkilatçısı - Pavlina Vogelova, sərginin dizaynı - Tomas Bilek, kompyuter dizayneri - Anna Proçaskova, tərtibatçılar - Veronika Lerçova, Martin Musil, menecerlər - Barbora Xlubkova, Magdalena Kroupova, press mediya - Katerina Perglova, Luçiya Bronçova, texniki işlər üzrə - Zuzana Nemçova, Kristina Outratova, Zuzana Valentova.

  Sərgini dəstəkləyənlər : Çexiya Respublikasında Azərbaycan Respublikasının Səfirliyi, Şkoda şirkəti, Çexiya Radio və televiziyası.