Çexiyanın Praqa şəhərində 27.11.2014-cü ildən 20.02.2015-ci ilədək davam edəcək “Azərbaycan – möcüzəli odlar yurdu” adlı beynəlxaq sərgi üçün MATM Arxeologiya fondundan 72 ədəd arxeoloji material təqdim olunmuşdu.
Həmin arxeoloji materiallar tərkibinə və təyinatına görə fərqlənirlər. Burada saxsı, şüşə və daş qablardan, küplərdən, antropomorf və zoomorf gil fiqurlar, çıraqlar, tunc bəzəklər, silahlar və digər qiymətli artefaktlardan vardır. Bəzi nümunələr öz tarixiliyinə, bədii tərtibatına və nəfisliyinə görə seçilirlər. Bunlardan 1936-cı ildə Naxçıvanın Şahtaxtı nekropolundan tapılmış boya təsvirli küpü göstərmək olar. Diqqəti cəlb edən və maraq doğuran digər nümunələr isə Qaracəmirli kurqanının maral fiqurlu tunc ştandartı, Beyləqanın antropomorf təsvirli şirli boşqabı, zərfayans qabları, Dolanların maral fiqurlu tunc asması, Mingəçevirin saxsı ritonu və qaracilalı qablarıdır.
Təqdim olunmuş bu materiallar tamaşaçıda tariximizin müxtəlif mərhələlərini özündə əks etdirməklə yanaşı, xalqımızın məişəti, təsərrüfatı, məşğuliyyəti, hərb işi, ideoloji təsəvvürləri və qonşu bölgələrlə mədəni-ticari əlaqələri haqda dolğun təsəvvür yaradır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.