XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Noyabr, 2014
Çexiyada “Azərbaycan – möcüzəli Odlar yurdu” adlı sərginin Etnoqrafiya bölməsi qurulur

Azərbaycan xalqının milli irsinin təbliği məqsədilə Çexiyanın Praqa şəhərində 27.11.2014-cü ildən 20.02.2015-ci ilədək davam edəcək “Azərbaycan - möcüzəli odlar yurdu” adlı beynəlxaq sərgi üçün MATM-ın Etnoqrafiya fondundan 85 ədəd müxtəlif növ material göndərilmişdir.


Buraya xalça və xalça məmulatları, milli geyim və tikmə nümunələri, mis qablar, musiqi alətləri və başqa maddi mədəniyyət nümunələri daxildir. Bu materiallar arasında Azərbaycanın görkəmli musiqi xadimi C.Qaryağdı oğluna məxsus qaval (XIX əsrin sonu-XX əsrin əvvəli), XVIII əsrə aid kanon, Azərbaycan xalçaçılıq məktəblərinin XIX əsrə aid müxtəlif nümunələri, ənənəvi milli geyim nümunələrindən XIX əsrə aid küləcə (Qarabağ), yenə həmin dövrə aid Qarabağ xanlarının ailəsində istifadə edilmiş tuman, Qarabağın məşhur Kəbirlinskilər ailəsinə aid çəpkən, Mehmandarovlar ailəsinə məxsus çuxa və başqa tarixi-bədii əhəmiyyətli maddi mədəniyyət nümunələri daha çox maraq doğurur.