Çexiyanın Praqa şəhərində 27.11.2014-cü ildən 20.02.2015-ci ilədək davam edəcək “Azərbaycan – möcüzəli odlar yurdu” adlı beynəlxaq sərgi üçün MATM Xüsusi fondundan 32 ədəd material təqdim olunmuşdu.
Bunların arasında arxeoloji qazıntılar nəticəsində bizim e.ə. VII əsrə aid qızıl sırğalar, III – V əsrə aid Yalovlu təpə mədəniyyətinə aid sirğalar, XIX əsrə aid qadın bə kişi ziynət əşyaları nümayiş olunacaq. Cox unikal olan ziynət əşyaları o zamanın dövrundən, dəbindən, zövgündən əl sənətkarlığından xəbər verir. Mina, şəbəkə, döymə, qarasavat və s. texnologiyalarla hazırlanmış – kəmərlər, boyunbağlar, sırqalar, baş bəzək qeyimləri tamaşaçilara təqdim olunacaq.
Bəzəklər zərgərlik ishehsalatının əsas məhsulu kimi özü-özlüyündə qiymətli tarixi mənbəyidir. Bundan başqa hər bir zərgərlik bəzəyinin bədii kompozisiya xüsusiyyəti zamanının zövq səviyyəsini və tələbatını əks etdirir. Bunun əsasında müxtəlif dövrlərdəki zərgərlərin texniki və peşə bilikləri, eləcə də bacarıqları haqqında müəyyən təsəvvürlər əldə etmək mümkündür.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.