XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Noyabr, 2014
Çexiyada “Azərbaycan – möcüzəli Odlar yurdu” adlı sərginin Silahlar və bayraqlar bölməsi qurulur

Azərbaycan xalqının milli irsinin təbliği məqsədilə Çexiyanın Praqa şəhərində 27.11.2014-cü ildən 20.02.2015-ci ilədək davam edəcək “Azərbaycan - möcüzəli odlar yurdu” adlı beynəlxaq sərgi üçün MATM-ın  Silahlar və bayrağlar  fondundan 23 ədəd müxtəlif növ material göndərilmişdir.


Bunların arasında orta əsr silah numunələrindən Odlu silahlardan-tüfəng, tapanca və onun ləvazimatları - barıt qabı, müxtəlif çeşidli soyuq silahlar- xəncər, qılınc, toppuz, təbərzin.  Müdafiə silahlarından-dəbilqə, qalxan, sinəbənd, qolçaq  və s.vardır.

Bu silah nümunələri Azərbaycanın çoxəsrlik hərb tarixini, hərb sənətini özündə əks etdirir.

Çaxmaqdaşlı tüfəng - XVIII əsr, lüləsi Dəməşq poladı, qundağı taxta, sümük və qızılı işləmələri var.

Barıtqabı - XIX əsr, üzəri kəsmə, şəbəkə naxışlıdır.

Milli sərvətlərimiz, abidələrimiz olan muzey materialları Avropa tamaşaçısına Azərbaycanın tarixini, mədəniyyətini, milli mənəvi dəyərlərini tanıtmaq  və təbliğ etmək imkanı verir.