XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Noyabr, 2014
Çexiyada “Azərbaycan – möcüzəli Odlar yurdu” adlı sərginin Numizmatika bölməsi qurulur

Çexiya Respublikasının Praqa şəhərində 27.11.2014-cü ildən 20.02.2015 ilədək davam edəcək “Azərbaycan – möcüzəli odlar yurdu” adlı beynəlxalq sərgi üçün MATM-ın Numizmatika fondundan 31 ədəd gümüş və mis sikkələr Azərbaycan monetar pul dövriyyəsinin 2500 illik bir dönəmini Avropa tamaşaçısına Azərbaycanın tarixini, mədəniyyətini, milli mənəvi dəyərlərini tanıtmaq  və təbliğ etmək imkanı verir.


 Bu sikkələr Azərbaycan dövlətlər – Atropatena (e.ə. IV – I yüzillər), Albaniya (IV – VII yüzillər), Şirvanşahlar ( VIII – XVI yüzillər), Şəddadilər (X – XI yüzillər), Azərbaycan Atabəyləri (XII – XIII yüzillər), Elxanilər (XIII – XIV yüzillər), Cəlairilər (XIV – XV yüzillər), Qaraqoyunlular (XIV – XV yüzillər), Ağqoyunlular (XIV yüzil – 1503-ci il), Səfəvilər (1501 – 1736), Şimali Azərbaycan xalqları (XVIII – XIX yüzillər) – zərbinə mənsub olub, Azərbaycan şəhərlərində - zərbxanalarinda kəsilmiş və Azərbaycan respublikası ərazisində tapılmışdır. Azərbaycan dövlət sikkəsi milli dövlətçiliyimizin ən bariz atributu (rəmzi) olub, minillər ərzində permanent Azərbaycan dövlətçiliyini təmsil və müşayiət edir.