XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Noyabr, 2014
Çexiyada “Azərbaycan – möcüzəli Odlar yurdu” sərgisi açılır

Bu gün Bakı vaxtı ilə saat 20:00-da Çexiya Respublikasının Praqa şəhərində Çexiya Milli Muzeyi – Asiya, Afrika və Amerika Mədəniyyətləri Naprstek muzeyində


Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından ibarət “Azərbaycan – möcüzəli Odlar yurdu” sərgisinin təntənəli açılışı baş tutacaq. Akademik Nailə Vəlixanlının başçılığı ilə muzeyin nümayəndə heyəti Praqa şəhərində ezamiyyətdədir.

Sərgi 2015-ci il fevralın 20-dək davam edəcək.