XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Dekabr, 2014
“Azərbaycan - möcüzəli odlar yurdu” sərgisi Çexiyanın elektron informasiya resurslarında

Praqadakı Çexiya Milli muzeyinin tərkib hissəsi olan Naprstek muzeyində “Azərbaycan - möcüzəli odlar yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərgi Çexiya ictimaiyyətinin böyük marağını cəlb etmişdir.


Bunun nəticəsi olaraq, sərgi haqqında məlumat yalnız Çexiya Milli muzeyinin rəsmi saytında deyil (www.nm.cz), eləcə də bir çox digər elektron informasiya resurslarında yerləşdirilmişdir. Sərgi ilə bağlı ilk materiallar artıq Çexiyanın electron qəzetlərinin də səhifələrində yerləşdirilməkdədir. “Ázerbájdžán - Čarovná země ohně” (“Azərbaycan - möcüzəli odlar yurdu”) (“200 let muzejnictvi” resursunda), “V Náprstkově muzeu můžete nahlédnout do Ázerbájdžánu – čarovné země ohně” (“Naprstek muzeyində möcüzli odlar yurdu olan Azərbaycana baxmaq olar”) (kulturissimo.cz resursunda), “Starobylé kultury magického Ázerbájdžánu na výstavě v Náprstkově muzeu” (“Möcüzəli Azərbaycanın qədim mədəniyyəti Naprstek muzeyindəki sərgidə”) (cianews.cz resursunda) sərlövhəli materiallarda sərgi haqqında qısa məlumat verilir.

         Materiallarla “Muzey KİV-də” blokunda tanış olmaq olar