Praqadakı Çexiya Milli muzeyinin tərkib hissəsi olan Naprstek muzeyində “Azərbaycan - möcüzəli odlar yurdu” (“Azerbaijan–magical land of fire”) adlı sərgi ötən istirahət günlərində çoxsaylı çex tamaşaçılarını özünə cəlb etmişdir.
Belə ki, noyabrın 27-də baş tutmuş sərginin açılşının geniş şərh olunması, Çexiyanin kütləvi informasiya vasitələrində, o cümlədən elektron informasiya resurslarında aparılan təbliğat kampaniyası öz bəhrəsini verməkdədir.
Xatırladaq ki, sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından 250, Çexiya muzeylərində qorunan və Azərbaycanla bağlı olan 50 eksponat ümumi sahəsi 400 kv.m. ərazisi olan 4 zalda sərgilənir.
Azərbaycan ərazisindən aşkarlanmış qədim və orta əsrlərə aid arxeoloji materiallar birinci zalda nümayiş olunur. Burada həmçinin Azərbaycan adının mənşəyi, ölkəmizin ərazisi, dili, tarixi, qədim sənət növləri, respublika ərazisində aparılmış arxeoloji qazııntılar haqqında informasiya panelləri və müvafiq fotolar tamaşaçılara təqdim olunur.
Azərbaycanın qədim dövlətçilik ənənələri, dövlət rəmzləri, hərb işi, ticrət əlaqələrini əyani nümayiş etdirən materiallar sərginin ikinci zalındadır. Tunc dövlətçilik və hakimiyyət rəmzləri, qədim və orta əsr dövlətlərinin sikkə və pulları, silahları, Azərbaycandan Qərbə və Şərqə aparılmış mallar, Azərbaycanda tolerantlıq ənənləri haqqında məlumatlar tamaşaçılara təqdim olunur.
Sərginin ücüncü zalında Azərbaycan musiqisi ilə tanış olmq üçün bütün şərait yaradılmışdır. Qədim Azərbaycan musiqi alətləri kanon, tar, saz, kamança, qaval, nağara, qoşa nağara, tütək, balaban, zurna əyani şəkildə nümayiş olunmaqla bərabər, burada müvfiq fotoşəkillər, yazılı məlumatlar, səyyahların qeydləri təqdim olunur. Zalda qurulmuş sensor kompyuteri və audio- avadanlıq vasitəsilə tamaşaçılar Azərbaycanın ənənəvi musiqilərinə qulaq asa bilər və rəqslərimizə tamaşa edə bilərlər.
Dördüncü zalda ilk növbədə Azərbaycan xalçaları diqqəti cəlb edir. Burada bütün Azərbaycan xalçaçılıq məktəblərini təmsil edən xalçalr, xalça məmumatları, müvafiq elmi məlumat təqdim olunur. Zalda yerləşdirilmiş mis qablar, tikmələr Azərbaycanın zəngin mədəniyyətini nümayiş etdirir. Burada həmçinin Azərbaycanın müxtəlif regionlarına xas olan tarixi milli qadın və kişi geyimləri, eləcə də bu geyimləri nümayiş etdirən iriölçülü rəsm və fotonellər maraq doğurur. Azərbaycan ənənvi gəlin libası və gəlin otağının bəzək əşyaları da tamaşaçıları özünə cəlb edir. Zalın mərkəzində qurulmuş vitrinlərdə milli zərgərlik nümunələri təqdim olunur.
Sərgidə qurulmuş müasir avadanlıqlar, o cümlədən plazma ekranı, videoproektor, teleekrn və kompyuter monitorunda Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti haqqında filmlər nümayiş olunmaqdadır.
Bayram əhval-ruhiyyəsi bağışlayan sərgi, təsadüfi deyil ki, Praqa sakinləri və şəhərin qonaqlarının marağını özünə cəlb etməkdədir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.