AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Milli Azərbaycanın Tarixi Muzeyi” adlı məqaləsi “İrs-Heritage” beynəlxalq jurnalın çex dilində olan növbəti nömrəsində dərc olunmuşdur (“İrs- Dedictvi”, № 2, 2014, s.8-15).
Məqalədə respublikamızın ən qocaman və zəngin muzeyinin tarixi, dünəni və bu günü barəsində, muzeyin respublikanın elmi və mədəni həyatında oynadığı rol, muzeyin sərvətləri olan eksponatların toplanm yolları haqqında məlumat verilir. Burada həmçinin muzeyin binasında yerləşən H.Z.Tağıyevin ev-muzeyi barəsində danışılır.
Qeyd etmək lazımdır ki, xüsusi olaraq Milli Azərbaycan tarixi muzeyinin Praqa şəhərində təşkil etdiyi “Azərbaycan – möcüzəli odlar yurdu” sərgisinin açılış mərasiminə hədiyyə olaraq jurnalın səhifələrində Muzeyin sualtı arxeologiya qrupunun fəaliyyəti (müəllif K.İbrahimov), Muzeyin kolleksiyalarında qorunan milli Azərbaycan geyimləri (müəllif Ə.İzmaylova) haqqında məqalələr də yer almışdır.
Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.