XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Dekabr, 2014
Muzeyin yeni nəşri - “Azərbaycan- möcüzəli odlar yurdu” adlı kataloq

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan- möcüzəli odlar yurdu” adlı kataloq çap olunmuşdur. Elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətninin müəllifi t.ü.f.d. Səbuhi Əhmədov olan kataloq iki dildə - çex və ingilis dillərində hazırlanmışdır.


Əsasən Çexiya oxucuları üçün nəzərdə tutulan kataloq hazırda Praqa şəhərində böyük uğurla keçən eyni adlı sərginin ziyarətçilərinə paylanır.

 

Kataloqun ilk səhifələrində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeşin çex oxucularına müraciətləri yer almışdır.

Nəfis tərtibatlı, albom formatlı, 190 səhifəlik kataloqun birinci hissəsində Azərbaycan haqqında ümumi məlumat, onun adının mənşəyi, xalqın formalaşması, tarixi, mədəni irsi, turizm potensialı haqqında məlumat yerləşdirilmişdir.

T.ü.f.d. Məhfuzə Zeynalova tərəfindən işlənmiş kataloqun ikinci hissəsində sərgidə nümayiş olunan 300 eksponat haqqında ətraflı məlumat verilmişdir. Hər eksponatın fotoşəkiləri ilə bərabər onun adı, tapılma yeri, ölçüləri, dövrü qeyd olunmuşdur.