XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Dekabr, 2014
Milli Azərbaycan Tarixi Muzeyinin Praqadakı sərgisi zamanı maarfiləndirici tədbirlər keçiriləcək

prahaÇexiya Milli Muzeyinin tərkib hissəsi olan Naprstek muzeyinin binasında davam edən “Azərbaycan – möcüzəli odlar yurdu” sərgisi zamanı maarfiləndirici tədbirlər keçiriləcək. Belə ki, həm sərgiyə tamaşaçıların cəlb olunması, həm də Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı ətraflı məlumatlrın verilməsi məqsədilə sərgi davam edən müddətdə silsilə məruzələr oxunacaq.


Dekabrın 7-də iki məruzu planlaşdırılmışdır. Professor, elmlər doktoru Eduard Gombar “Azərbaycan – möcüzəli odlar yurdu” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə Azərbaycan adının mənşəyi, ölkəmizin tarixi, xalqımızın ənənələri haqqında məlumat veriləcək. Daha sonra magistr Adriana Stribrna dahi Azərbaycan şairi Nizami Gəncəvi həyat və yaradıcılığından, onun ümümbəşəri mahiyyət daşıyan ədəbi irsindən məruzə oxuyacaq.

Həmin gün qonaqlara Azərbaycan mətbəxi nümunələrindən ibarət süfrə açılacaq,  mətbəximizin xüsusiyyətləri haqqında məlumat veriləcək, eləcə də Azərbaycan rəqsinin bəzi nümunələri nümayiş etdiriləcək.

2015-ci il yanvarın 31-də elmlər doktoru Zdenka Klimtova “Azərbaycanın ənənəvi xalça toxunma sənəti” mövzusunda məruzə ilə çıxış edəcək. Azərbaycan mədəniyyətinin vizit kartı olan Azərbaycan xalçalarının yaranma və inkişaf tarixi, dünya kolleksiyalarında qorunan Azərbaycan xalçaları haqqında danışılacaq. Daha sonra Azərbaycan xalça toxunma texnikasının növü olan “sumax” xalçalarının toxunmsı əyni olraq nümayiş etdiriləcək.

2015-ci il fevralın 5-də magistr Adriana Stribrna dahi Azərbaycan şairi Nizami Gəncəvinin Şərq poeziyasının gətirdiyi töhvələrindən, yeniliklərindən danışacaq, həmçinin onun əsərlərində Makedoniyalı İskəndərin obrazının əks olunmasından söhbət açacaq.

2015-ci il fevralın 12-də t.ü.f.d. David Mayer “Azərbaycan zirehləri və silahları” adlı möruzə ilə çıxış edəcək, Makedoniyalı İskəndərin dövründən Əmir Teymurun dövrünədək olan Azərbaycan silahların inkişaf mərhələlərindən bəhz edəcək.

Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyinin Praqada təşkil etdiyi “Azərbaycan – möcüzəli odlar yurdu” sərgisində Azərbaycanın tarix və mədəniyyətini əyani olaraq nümayiş etdirən 300 eksponat təqdim olunur, noyabrın 27-də təntənəli açılışı olmuş sərgi 2015-ci il fevralın 15-dək davam edəcək.

praha