MATM Elmi maarif şöbəsinin müdiri, t.ü.f.d Bəxtiyar Sayılov Moskva şəhərində Rusiya Elmlər Akademiyasının N.N. Mikluxo-Maklay adına Etnologiya və Antropologiya institutunun,
İ.D. Əliyev adına Qaraçay-Çərkəz Dövlət Universitetinin və Qaraçay- Balkar Humanitar Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Avroasiya xalqlarının tarixi mədəni irsi" daimi forumu çərçivəsində "Qaraçay-Balkar xalqınm etnogenezi, tarixi, dil və mədəniyyəti" beynəlxalq elmi konfransında "Siyasi-hüquqi mədəniyyət və sosial münasibətlər" bölməsində "Siyasi hüquqi mədəniyyət və sosial münasibətlər: tarix və müasirlik" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanda bu sahədə görülən işlər barədə ətraflı məlumat öz əksini tapmışdır.
Konfransın işində 20 dövlətin nümayəndələri, o cümlədən Rusiya Federasiyasının 43 subyektinin təmsilçiləri iştirak edib. Konfransda Avroasiya xalqlarının tarixi mədəni irsi, etnik, sosial-siyasi tarix məsələləri müzakirəyə çıxarılmışdır. Müxtəlif mövzular üzrə 10 dəyirmi masada məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.
Bundan əlavə konfrans iştirakçıları ilə gələcəkdə MATM ilə əlaqələr qurulması barədə söhbətlər aparıldı.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.