XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Dekabr, 2014
Milli Azərbaycan Tarixi Muzeyində “Elm-Təhsil-Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi həyata keçirilir

“Elm-Təhsil-Muzey vəhdətinə məntiqi yanaşma” layihəsiMilli Azərbaycan Tarixi Muzeyinin dövlət qurumları ilə əməkdaşlığı davam edir. Belə ki, Muzeyin AR Təhsil Nazirliyilə birgə “Elm-Təhsil-Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi bunun bariz nümunəsidir.


Layihə çərçivəsində eksponatlara istinadən elm-təhsil-tarix-yaradıcılıq silsiləsində müxtəlif tədbirlər keçirmək nəzərdə tutulur. Məqsəd mütəxəssislərin köməyi ilə yeni konsepsiya əsasında tarixi həqiqətlərimizi hər kəsə düzgün olaraq çatdırmağa çalışmaqdır.  Bunun üçün məktəblilərlə müxtəlif səpgili intellektual yarışmalar, sərgilər, maraqlı məntiqi görüşlər təşkil etmək nəzərdə tutulur. Bu ənənənin davamı kimi məktəb direktorları, müavinlər, müəllimlər, valideynlər və yarışmalardan seçilmiş məktəblilərlə konfrans keçirmək niyyətindəyik. Bu səpgili tədbirlərin keçirilməsində sağlamlığı qüsurlu olan şagirdlərlə də əlaqə yaratmaq nəzərdə tutulmuşdur.

Layihənin işçi qrupuna “Elmi maarıf” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Sayılov rəhbərlik edir. Layihədə yuxarıda adı qeyd olunmuş şöbənin bütün əməkdaşları və “Xarici əlaqələr və sərgilərin təşkili” şöbəsinin əməkdaşı Nüşabə Əsədova da aktiv iştirak edir. “Elm-Təhsil-Muzey vəhdətinə məntiqi yanaşma” layihəsini “Elmi maarif” şöbəsinin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova hazırlamışdır.

         Layıhə çərçivəsində elm adamlarının iştirakı ilə məntiqi yanaşma prinsipi əsas götürülməklə aşağıdakı mövzularda mühazirələr də aparılacaqdır:

1.Elm, təhsil və sivilizasiya              

 2. Elm adamları məktəbdə

3. Hər şey məktəbdən başlayır             

 4. Eksponantlar daha doğrusunu deyir  

5. Həyatın tarix dərsi                            

6. Keçmişi gör, gələcəyi qur         

7. Muzey -məktəblilərin gözü ilə       

 8. Muzey tarixlə-məktəb arasında körpüdür.             

9. Yadda qalan, yada qalan                  

10. Xalçalar da tarixdən danışır

11. Naxışlar ruhun nəğməsidir             

 12. Zeynalabdin Tağıyev məktəbi  bu gün             

Bu mühazirələrdə istənilən vətəndaşlar iştirak edə bilərlər.

Layihə əsasında muzey əməkdaşları öz işlərinə 18 noyabr 2014-cü ildən start vermişlər. Belə ki,  bu layihədə Səbail rayon 1, 7, 8, 160 saylı orta məktəblərin və Elitar gimnaziyanın 7-ci sinif şagirdləri iştirak etmişlər. İştirak edən şagirdlər muzeyi gəzdikdən sonra onlarla görüş keçirilmiş və sorğu-sual aparılmaqla muzeydə onları maraqlandıran mövzular barəsində inşa yazılması tapşırılmışdır. İnşalar yoxlanıldıqdan sonra, qalib şagirdlər “Muzeyin dostu” fəxri adını və növbəti mərhələlərdə iştirak etmək imkanını qazanacaqlar.

        Bu layihənin həyata keçirilməsində, Azərbaycanın tarixi ilə maraqlanan hər bir məktəbli, müəllim və valideynlər də iştirak edə bilərlər. 

“Elm-Təhsil-Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi “Elm-Təhsil-Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi “Elm-Təhsil-Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi “Elm-Təhsil-Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi