İtalyan dilində çap olunan “İrs-Patrimonio” beynəlxalq jurnalının növbəti nömrəsində (“İrs-Patrimonio”, 2(11), 2014, s.4-9) Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovun “XIX-XX ərlərdə Azərbaycan neftinin xarici bazarlara çıxarılması” adlı məqaləsi dərc olunub.
Məqalədə XIX- XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinin formalaşması, tarixi, inkişafı haqqında məlumat verilmişdir. Arxiv sənədləri əsasında Azərbaycan neftinin xarici bazarlara çıxarılması, bu neftin tədricən strateji xarakterli məhsula çevrilməsi, onun uğurunda hərbi-siyasi mübarizənin başlanması barəsində mülahizələr irəli sürülür.
Məqalənin tam mətni ilə saytın “Muzey KİV-də” bölməsində tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.