Çexiya Milli Muzeyinin tərkib hissəsi olan Naprstek muzeyinin binasında davam edən “Azərbaycan – möcüzəli odlar yurdu” sərgisində uşaq proqramı təqdim olunur. Belə ki, çex uşaqlarına Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı daha dolğun və ətraflı məlumat verilməsi üçün xüsusi uşaq proqramı tərtib edilmişdir.
Uşaq proqramında Azərbaycanın coğrafi mövqeyi, ölkənin adının mənası, dövlətçilik simvolları, tarix və mədəniyyətinin xüsusiyyətləri sual- cavab şəklində təqdim olunur. Həmçinin burada olan sxem, rəsm və krossvordlar da Azərbaycanı tanıtmaq baxımından yardımçı olacaqlar.
Sərgiyə gələn ən balaca uşaqlar da yaddan çıxmamışdır. Belə ki, onlar üçün sərgidə güşə ayrılmış, burada rəsm ləvazimatı qoyulmuşdur. Uşaqlarla məşqələ aparılan zaman valideyn istirahət güşəsində əyləşərək Azərbaycan musiqisinə qulaq asa, Azərbaycan haqqında kilplərə tamaşa edə bilər.
Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyinin Praqada təşkil etdiyi “Azərbaycan – möcüzəli odlar yurdu” sərgisində Azərbaycanın tarix və mədəniyyətini əyani olaraq nümayiş etdirən 300 eksponat təqdim olunur, noyabrın 27-də təntənəli açılışı olmuş sərgi 2015-ci il fevralın 15-dək davam edəcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.