Muzey əməkdaşları AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın elmi-ictimai fəaliyyətinə həsr olunmuş “Çağımızdan görünən orta əsrlər” mövzusunda Beynəlxalq elmi konfransında iştirak etmişdilər.
Azadə Rüstəmova analitik təfəkkürə malik olan, müqayisəli idrak metodlarından yerli-yerində, səmərəli istifadə edə bilən, ədəbi-tarixi materialları dərindən öyrənən, təhlil edən, təhlillərini müasir elmi-nəzəri problemlərlə əlaqələndirən, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tarixi-nəzəri problemlərinə dair qiymətli əsərlər yazmış görkəmli ədəbiyyatşünas alimlərimizdən biri idi. A.Rüstəmova klassik şeirimizdə obraz və xarakterləri təhlil etmiş, ədəbiyyatşünaslıqda nisbətən az öyrənilmiş, ya da heç öyrənilməmiş məqamların açılmasına xüsusi diqqət yetirmiş, poeziyamızın metod, janr, üslub xüsusiyyətləri, sələf, xələf, varis, irs problemlərini, folklor ənənələrini araşdırmışdır.
Konfransda görkəmli alim Azadə Rüstəmovanın həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş etdirildi.
İki gün davam edəcək konfrans öz işini bölmələr üzrə davam etdirdi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.