XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Dekabr, 2014
Muzey əməkdaşları I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisində iştirak etdilər

2014-cü il dekabrın 24-də AMEA Mərkəzi Elmi Kitabxanasında- İnformasiya Resursları Mərkəzində I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisinin açılış mərasimi keçirildi.  Təntənəli surətdə keçən açılış mərasimində Muzey adından  MATM əməkdaşları Muradəliyeva İnara və Əsədova Nüşabə iştirak etmişdilər.


 Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 331 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun təşkil olunmuşdur. Sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının inistutları ilə yanaşı, Milli Aviasiya Akademiyası,“Azərenerji”nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnistutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN” xidmətin İnnovasiyalar  Mərkəzi, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, SOCAR və s. təşkilatlar, patent almış ixtiraçılar və digər sənaye sahəsində fəaliyyət göstərən özəl sektorun nümayəndələri təmsil olunub.