Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna ümumilikdə 73 ədəd arxeoloji tapıntı daxil olub. Həmin tapıntıların hamısı Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində t.ü.f.d. Xəqani Alməmmədovun rəhbərliyi altında təşkil olunmuş “Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası”nın
2013-2014-cü illərdə Ağdam rayonunun Xındırıstan və Ayaq Qərvənd kəndləri yaxınlığındakı müvafiq olaraq İsmayılbəytəpə və Fərmantəpə abidələrində apardığı arxeoloji qazıntılar zamanı aşkar olunmuşdu. Daxil olmuş arxeoloji materiallar əsasən saxsı təsərrüfat küplərindən, badyadan, gil sapand daşlarından və kərpiclərdən ibarət olub, e.ə. V-IV minilliklərə aid olunurlar. Adları göstərilən həmin arxeoloji tapıntılar Muzeyə “Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası”nın üzvü və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı t.ü.f.d. Nasir Quluzadə tərəfindən təqdim olunmuşdur.
Arxeologiya fonduna daxil olmuş bu arxeoloji materiallardan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi tədqiqatlarda mənbə kimi də istifadə olunucaq. Xüsusilə, bu materiallar təmsil etdikləri bölgənin maddi mədəniyyət tarixinin öyrənilməsində, burada yaşamış əhalinin məşğuliyyəti, həyat tərzi və mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında dəyərli əşyavi mənbə rolunu oynayırlar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.