AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası vətəndaşların təhvil verdiyi materiallar hesabanı zənginləşmişdir. Kəlbəcər rayonu Keştək kənd sakini Əmiraslanov Ələmdar Nəriman oğlu tərəfindən Muzeyə 5 ədəd arxeoloji material təqdim olunmuşdur.
Daşkəsən rayonunun Zəylik kəndində təsərrüfat işləri zamanı daş qutu qəbirdən aşkar olunmuş həmin materiallar dördqulplu saxsı küpdən, dəvəgözü ox ucundan, tunc xəncər başından, bilərzikdən və bizdən ibarətdir. Adları göstərilən həmin tapıntılar e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aid olunurlar.
Quba rayonu, II Nügədi kəndi, Quba-Qonaqkənd şosse yolunun üzərindəki torpaq karxanasından aşkar olunmuş 5 ədəd arxeoloji eksponat da Muzeyə təhvil verilmişdir. Aşkar olunmuş tapıntılar dəmir nizə ucluğundan, dən daşı hissəsindən, saxsı dolçadan, tunc sancaq və bəzəkdən ibarətdir. E.ə. I minilliyə aid olunan həmin tapıntılar Quba rayon Püstəqasım kənd orta məktəbinin şagirdi İlyas Sənan oğlu İlyasov tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Laçın Mustafayevə təqdim edilmişdir. Yuxarıda adları göstərilən həmin materiallar bölgələrinin qədim əhalisinin təsərrüfatını və məişətini özündə əks etdirən qiymətli əşyavi məxəzlərdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.