XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Yanvar, 2015
Muzeydə açıq qapı günləri

opendoor2014-cü il dekabr ayının 27-dən 2015-ci il yanvar ayının 5-inə qədər Milli Azərbaycan Tarixi Muzeyi ilə BP Azərbaycan şirkəti tərəfindən hazırlanmış layihəyə əsasən 5 gün müddətində “Açıq qapı” günləri keçirilmişdir. Kampaniyanın  keçirilməsində məqsəd insanların istirahət günlərini dəyərləndirərək muzeyə sərbəst girişini təmin etmək olmuşdur.


Belə ki, bu 5 gün müddətində təkcə paytaxt sakinləri deyil, müxtəlif ölkələrdən gələn turist və qonaqlar da muzeyimizi ziyarət etmişlər. Bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyi 2000-dən çox ziyarətçi qəbul etmişdir. Muzeyə gələn qonaqlar içində daha çox ailələr, məktəblilər və müxtəlif universitetlərin tələbələri üstünlük təşkil etmişlər. Həmişə olduğu kimi, yenə də Azərbycan tarixinin müxtəlif dövrlərinə aid olan nümunələr ziyarətçilərin marağına səbəb olmuşdur. Xüsusən də, “Millət atası”  adını almış xeyriyyəçi Hacı Zeynal Abdin Tağıyevin ev muzeyi onlarda yüksək təəsürat yaratmışdır.

Qeyd etmək lazımdır ki, BP Azərbaycan şirkəti ilə Milli Azərbyacan Tarixi Muzeyi ilk dəfə deyil ki, belə bir kampaniya keçirir. 2014-cü ildə müxtəlif əlamətdar günlərdə “Açıq qapı” kampaniyası çərçivəsində vətəndaşların muzeyə sərbəst girişi təmin edilmişdir.

 

Elmi-maarif şöbəsi. 

opendoor opendoor opendoor opendoor opendoor opendoor opendoor