Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun zəngin kolleksiyasında özünəməxsusluğu ilə seçilən iki saxlama vahidi ağac sütun tarixi və bədii dəyəri ilə diqqət çəkir. Sütunlardan biri 2008-ci ildə Muzeyin Satınalma Komissiyası tərəfindən alınaraq fondun kolleksiyasına daxil edilmişdir.
Sahibinin verdiyi məlumata görə sütun ipəyirmə vasitəsi kimi istifadə olunmuşdur. Azərbaycanın xalçaçılıq ölkəsi olması baxımından sütun, həm də elmi əhəmiyyət kəsb edirdi. “Sotby” jurnalının 2011-ci il mart sayında sütunun analoji oxşarı auksiona çıxarılmış (10000-15000 avro) və Timurilər dövrü mədəniyyətinə aid olduğu, Uluğ Bəy ibn Şahrux (1397-1449) üçün istehsal olunduğu haqqında məlumat verilmişdi. Bu məlumatdan sonra sütunun ikinci nüsxəsi tarixi əhəmiyyətinə nəzərən Satınalma Komisiyası tərəfindən alınaraq fondun kolleksiyasına daxil edildi. Aparılan araşdırmalar nəticəsində sütunun həqiqətən də ipəyirmə vasitəsi olması dəqiqləşdirilmişdir. 2009-cu ildə Mahaçqalada nəşr olunmuş «Дагестанские ковры» kataloqunda həmin sütun vasitəsilə ip əyirən qadın əks olunmuşdur. Daha ətraflı araşdırma aparmaq üçün şöbə əməkdaşlarının Dağıstana etnoqrafik səfəri planlaşdırılır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.