XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Yanvar, 2015
Muzeydə yeni kataloq çapa hazırlanır

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsində t.ü.f.d. T.Şiriyevin müəllifi olduğu “İslam və Azərbaycan xalqının məişət mədəniyyəti” adlı kataloq çapa hazırlanır. Kataloqda Muzeydə qorunan müxtəlif çeşidli quranqabı, namazııq (canamaz), möhürqabı, əmmamə, əba, çarşab, rübənd, qırxaçar cam, kəşkül və başqa dini təyinatlı materialların daxil olduğu 600-ə yaxın eksponat əsasında xalqımızın məişət həyatında islam dininin yeri və rolu haqqında ətraflı məlumat verilir.


Müəyyən elmi mülahizələrin də yer aldığı kataloq, ilk dəfə olaraq, faktik materiallar əsasında xalqın inanc sistemi ilə bağlı ənənəvi mərasimlər, ayinlər, geyim elementləri, ibadət vasitələri və gündəlik məişətdə özünə yer tutan mədəniyyət etiketləri islamdan irəli gələn qaydalarla xalqımızın ənənəvi etnoqrafik xüsusiyyətlərinin qarşılıqlı təsiri fonunda təqdim edilmiş və ümumi nəticələrə gəlinmişdir.