XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Yanvar, 2015
Muzeyin keçmiş əməkdaşı Nərmin xanım Tahirzadənin arxivindən yeni materiallar

Muzeyin keçmiş əməkdaşı, Azərbaycanın təhsil və mədəniyyət tarixinin yorulmaz tədqiqatçısı Nərmin Tahirzadə (1921-2011) bütün ömrünü yeganə iş yeri-Milli Azərbaycan Tarixi Muzeyinə həsr etmişdir.  N. Tahirzadənin ölümündən sonra onun əlyazmaları muzeyə verilmişdir.


Bu yaxınlarda  N. Tahirzadənin arxivi Muzeyin elmi katibi Fərhad Cabbarov tərəfindən sistemləşdirilmişdir. İş zamanı Nərmin xanımın bu vaxtadək heç bir yerdə çap olunmayan, XX əsrin əvvəlində Bakıda açılan Kommersiya məktəbinin tarixinə həsr edilmiş irihəcmli məqaləsi üzə çıxmışdır. Məqalənin redaktə edilərək muzeyin elmi məqalələr toplusunda dərc edilməsi nəzərdə tutulub.  N. Tahirzadənin əlyazmaları muzeyin arxivinə təhvil verilib.