XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Yanvar, 2015
Xarici qonaqlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişlər

Yanvarın 5-də Amerika Birləşmiş Ştatlarından gələn qonaqlar AMEA Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar. Onlar Azərbaycan numizmatikası ilə yaxından marağlanmış, Numizmatika və epiqrafika şöbəsinin müdiri tarix elmləri doktoru, prof. Ə.Rəcəbliyə müxtəlif suallar vermişlər.


Prof. Ə.Rəcəbli qonaqların gətirdiyi sikkə şəkillərini incələmiş və təyinatını vermişdir. Təyinat nəticəsində sikkələrin Azərbaycan xanlığına (Şamaxı xanlığı) aid gümüş sikkə, Sıncar Zəngilərinin mis sikkəsi və Albaniyanın bənzətmə sikkəsi-draxma olduğu məlum olmuşdur.

Prof.Ə.Rəcəbli qonaqlara hədiyyə olaraq “Azərbaycan numizmatikası”  kitabını təqdim etmişdir.