XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Yanvar, 2015
“Azərbaycan neft salnaməsi” sərgisi öz işini yekunlaşdırdı

160115AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2014-cü il sentyabrın 16-da açılışı olmuş “Azərbaycanın neft salnaməsi” sərgisi öz işini yekunlaşdırdı. Sərgi ilə istər Azərbaycan vətəndaşları, istərsə də xarici vətəndaşlar tanış olmuşdular.


Ümumilikdə sərgini 2104 nəfər ziyarət etmişdir. Sərgiyə gələnlərə “İrs-Наследие“ jurnalının rus və ingilis nömrələri paylanırdı.

         Sərgi yalnız fərdi vətəndaşları deyil, təhsil ocaqlarının müəllim- şagird kollektivlərinin də maraqlandırmışdır. Sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Ali Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, “Xəzər” Universiteti, Azərbaycan Neft kolleci, Bakı Neft - Energetika Kolleci, Ali hərbi məktəbin hazırlıq qrupunun kursları, “Kaspi” lisseyi, “Ankara” Liseyi, Elitar gimnaziya, həmçinin 29 orta məktəbin müəllim və şagirdləri olmuşlar. Eləcə də sərgini AR Milli Məclisinin, “Asan xidmət”in, BP şirkətinin əməkdaşları ziyarət etmişdilər.