2014-cü il 16 sentyabr – 2015-ci il 15 yanvar tarixlərində davam etmiş “Azərbaycanın neft salnaməsi” sərgisinin çoxsaylı qonaqları rəy kitabında yazdığı fikirləri ilə sərgidən aldığı təəsüratları ilə bölüşmüşlər.
Bələdçi “Rəşad Sadıxov, bələdçi” adlı vətəndaşımız yazmışdır: “Həddindən artıq əhəmiyyətli sərgidir. Bu muzeyə məhz bu sərgiyə baxmaq üçün 100-lərlə turistin gətirmişəm. Bu sərgini həmişəlik edin”.
Cavidan və Nigar Qasımlı yazmışlar: “Xalqımızın milli sərvəti olan neft hasilatının zəngin və keşməkeşli, həmçinin qürurverici tarixini əks etdirən sərgi bizdə böyük maraq doğurdu. Sərgi materialları əsasında bir daha əmin olduq ki, neft sadəcə bizim sərvətimiz olmamış, həmçinin bəşəriyyət üçün öz töhfələrini vermişdir. Var olsun Azərbaycan neftçiləri! Sərginin təşkilatçılarına xüsusi təşəkkürlər.”
Bakı Ali Neft Məktəbininin 1-ci kurs tələbələri adından Hacıyeva Jalə: “İlk öncə təşəkkür edirik ki, bizə maraqlı, tarix ilə dolu bir gün yaşatdınız. Şoxlarımızın ixtisası neftlə bağlı olduğu üçün bu sərgi bizə maraqlı, həm də faydalı gəldi....” Həmin məktəbdən Rəhimli Ləman, İmanova Baxçagül da təşəkkürlərini bildirmişlər.
Bakı Neft-energetika kollecinin kollektivi adından İsmayılov S.K. “Sərgilənən ekspozisiyaya görə təşəkkürümüzü bildiririk!” yazmışdır. Həmin kollecin 171 saylı qrupu adından G.Allahverdiyeva “Sərgi çox təqdirə laiqdir. Bunu təşkil etdiyinizə görə çox öz minnətdarlığımızı bildiririk” sözləri ilə təəsüratını çatdırmışdır. Kolecin 132 saylı qrupu adından Məmmədova İlahə qeyd etmişdir “Sərgi gözəl təşkil olunmuşdur...”. Kolecin 152 saylı qrupu adından Baxışov cavid yazmışdır: “Sərgi çox gözəl təəsürat bağışladı. Belə sərgilərin mütəmadi olmasını sizdən xahiş edirik...”. Kolecin 133 saylı qrupu adından Niftəliyeva Cəvahir çox gözəl və təsiredici sərgiyə görə təşəkkürünü bildirmişdir.
Hərbi Diplomatiya kursunun dinləyiciləri “Sərgi şox gözəldir. Hər şey üçün minnətdarıq” yazmışdılar.
Jurnalist Vüqar Ələsgərov “Çox yerinə düşən sərgidir. İnşallah bu bu eksponatların növbəti dəfə yeni neft muzeyində görərik” sözlərini yazmışdır.
“Aybəniz xanım” imzası ilə rəyini yazmış ziyarətçi təəsüratını belə ifadə etmişdir: “Sərginiz çox zəngin və heyrətamiz, maraqlı idi”.
Moskvadan gələn qonaq Rəna xanım rus dilində yazdığı qeyddə sərginin xoşuna gəldiyini bildirmiş və muzeyin kollektivinə uğurlar arzu etmişdir.
Hüseynov İftixar yazmışdır: “Çox gözəl və təsiredici sərgidir. Insanı illər əvvələ aparır. Sərgininin qurulmasında əziyyəti olan hər bir şəxsə təşəkkürlərimi bildirirəm.”
Yusif Məmmədov adlı ziyarətmi yazmışdır: “Gələndə çox həvəssiz idim. Amma muzeyi gəzərkən şox zövq aldım və gəlməyimə şad oldum...”.
Əsgərov Agil: “Həqiqətən də sərgi çox gözəl təşkil olunub və bir çox tarixi məlumatları özündə əks etdirir. Burada vaxt keçirmək çox dəyərli idi.”
“Xəzər” Universitetinin təhsil fakultəsinin tələbələri “Həqiqətən sərgi bizim üçün maraqlı keçdi. Çox şadıq ki, bizim dünyagörüşümüzün artmasında çox mühüm rol oynadı...”. Həmin Universitetin tələbələri adından Şəhriyar Kərimov da sərgidə gördüklərindən təəsüratlandığını qeyd etmiş, təşəkkürünü bildirmişdir.
Bakı Ali Neft Məktəbi adından Nazrin Dolkhanova Muzey əməkdaşlarına “belə möhtəşəm məkan yaratdıqları” üçün təşəkkürünü bildirmişdir.
Bir çox ziyarətçilər öz rəylərinin yazarkən ad-soy adlarını yazmamış, yalnız imza qoymuşdular.
Muzey adından sərginin bütün ziyarətçilərinə, eləcə də öz rəylərini yazmış tamaşaçılara dərin təşəkkürlərimizi bildirir, onların Muzeyin sərgilərinə dəvət edirik.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.