XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Aprel, 2016
“I Şah İsmayıl- sərkərdə və hökmdar” sərgisi tamaşaçılar tərəfindən müsbət qarşılanır

Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “I Şah İsmayıl- sərkərdə və hökmdar” sərgisi tamaşaçılar tərəfindən müsbət qarşılanır.


Qeyd etmək lazımdır ki, sərgi istər Azərbaycan vətəndaşları, istərsə də xarici turistlərin böyük marağına səbəb olmuşdur. Hər gün sərgi ilə orta hesabla 120- 150 nəfər tamaşaçı tanış olur. Onların bir çoxu sərginin “Rəy kitabı”nda öz təəsüratlarını yazırlar. Xüsusi qeyd etmək lazımdır ki, indiyənə qədər yazılan rəylərin hamısı (!) müsbətdir. Bu gündən etibarən Muzeyin feysbuk səhifəsində sərgi ilə bağlı tamaşaçıların rəylərinin surətləri mütəmadi olaraq yerləşdiriləcək.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/