XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Yanvar, 2015
Muzeyin daimi ekspozisiyasında “XIX- XX əsrin əvvəllərində Azərbaycanda sənaye, bank, nəqliyyət və rabitə” bölməsi yenidən quruldu

oilroomMilli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “XIX- XX əsrin əvvəllərində Azərbaycanda sənaye, bank, nəqliyyət və rabitə” bölməsi yenidən quruldu.


Ekspozisiyanın yeni bölməsində “Neft sənayesi”, “Azərbaycanda işləmiş neft mühəndisləri”, “Neft sənayesində istifadə olunmuş texniki vasitələr”, “Dağ-mədən sənayesi”, “Yeni sənaye sahələri”, “Bank işi”, “Nəqliyyat, rabitə və poçt” bölmələrində vitrinlərdə və podiumlarda 105 eksponat, 60-a yaxın tarixi fotoşəkil nümayiş olunur. Eksponatların əksəriyyəti Muzey fondlarından götürülmüş, Muzeyin bərpa laboratoriyasında bərpa - konservasiya işləri görüldükdən sonra ekspozisiyaya təqdim edilmişdir.

Ekspozisiyada qurulmuş dörd informasiya panellərində müvafiq tarixi məlumatlar əks olunmuşdur. Həmçinin burada dünyada ilk paroxod tanker olan “Zoroastr” gəmisinin maketi, beş rəsm əsəri, o cümlədən Əziz Əzimzadənin “Neft qurbanı” rəsm əsəri nümayiş olunur.

Yeni ekspozisiyanın elmi və dizayn tərtibatı t.ü.f.d Səbuhi Əhmədov tərəfindən verilmiş, kompüter qrafikası Emin Dadaşov tərəfindən, foto və sənədlərin surətləri Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Ekspozisiyanın yeni tərtibatı ilə texniki işlər Muzeyin ümumi işlər üzrə direktor müavini Əli Məhərrəmovun rəhbərlik etdiyi qrup yerinə yetirmişdir. Eksponatların bərpa- konservasiya işləri Təhsib Zəvərlinin rəhbərlik etdiyi Bərpa laboratoriyası tərəfindən həyata keçirilmişdir.

oilroom oilroom oilroom oilroom oilroom