XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Yanvar, 2015
Milli Azərbaycan Tarixi Muzeyinin 95-illiyinə həsr olunan yeni kitab hazırlanır

Milli Azərbaycan Tarixi Muzeyinin 95 illik yubileyi ərəfəsində Azərbaycan tarixinin elmi ekspozisiyası şöbəsi onun həmin zaman kəşiyində keçdiyi yolun salnaməsini hazırlayır. 1920-ci ildə yaradılan Muzey təşkilat dövrünün çətinliklərinin öhdəsindən qəlmiş, ölkəsi ilə birlikdə 30-cu illərin məşəqqətini, Vətən müharibəsinin qanlı-qadalı illərini adlayıb zəfərin sevincini yaşamışdır. Arxiv materialları və ədəbi qaynaqlar, muzey fondlarının dəyərli sənədləri və veteranların xatirələri ilə zəngin olan  məlumat məcmusi ilk Azərbaycan muzeyinin tarixini yazmağa imkan verir.


Muzeyin ilk 20 ildə (1920 – 1943) 9 dəfə ad dəyişdiyini və 34 ildə (1920 –1953) 19 direktorunun əvəzləndiyi xəbəri oxucunu yəgin ki, heyrətə gətirəcək. Kitabda olan məlumatlar həm təəccübləndirəcək, həm də muzeyin sakit yer olduğu barədə adi adamlar arasında təsbitləşmiş təəssüratdan vaz keçməyə vadar edəcək. Hər bir fəsli muzey əməkdaşlarının çoxşaxəli fəaliyyətindən bəhs edən bu kitab səkkiz bölümdən ibarət olacaq.

Kitabda Milli Azərbaycan Tarixi Muzeyinin təşəkkülündən bəri bugünədək fəaliyyətini ehtiva edən bu və ya digər maraqlı məlumatlar əks olunur.