XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Yanvar, 2015
Muzeyin Arxeologiya fondunda inventar kitabları elektronlaşdırılır

invbook2014-cü ildə olduğu kimi cari ildə də Arxeologiya elmi fond şöbəsində inventar kitablarının elektronlaşdırılması işi uğurla davam etdirilir. Qeyd edək ki, 24418 ədəd fond materialının qeydiyyata alındığı bu kitabların “MS WORD” mətn proqramına köçürülməsi işlərinə 2013-cü ildən başlanılmışdır.


Ümumi sayı 29 ədəd olan həmin kitabların elektronlaşdırılmasında əsas məqsəd onlardan istifadəni asanlaşdırmaq, iş prosesində çevikliyi təmin etməkdir. Hər bir muzey fondunun dövlət qeydiyyatının əsas hüquqi sənədlərindən sayılan inventar kitablarının elektronlaşdırılmasında digər məqsəd onlardan mütəmadi istifadə zamanı mümkün zədələnmə və aşınmaların qarşısını almaqdır.

Keçən hesabat dövrünə qədər ümumilikdə inventar kitablarında 12175 nömrə altında verilmiş məlumatların elektron formatı tərtib edilmişdir. Həmin məlumatlar əsasən Qədim Gəncə, Mingəçevir, Örənqala, Dolanlar, Şirvanşahlar sarayı, Kültəpə, Bəndovan və digər abidələrdən tapılmış arxeoloji və təsadüfi tapıntılara məxsusdur.