XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Yanvar, 2015
Muzeyin direktor müavini t.e.d Nərgiz Əliyevanın məqaləsi ərəb dilində nəşr olunmuşdur

 “İrs” beynəlxalq  jurnalının ərəb nəşrinin ikinci sayında (s. 36-41) Muzeyin elmi işlər üzrə direktor müavini t.e.d Nərgiz Əliyevanın ərəb dilində ا"ولئك من أدخلوا الاسلام الى أذربيجان".   (Fatehlər Azərbaycanda) adlı məqaləsi çap olunmuşdur. Məqalədə göstərilir ki, ərəb müəlllifləri  Azərbaycanda islamı yaymaqda xidməti olmuş bir sıra sərkərdələrin fəaliyyəti haqqında  məlumat vermişlər. Onlardan Bukeyr ibn Abdulla Muğana, Suraka ibn Əmr  Dərbəndə (Babul-Əbvaba), Ədürrəhman ibn Rəbiə əl-Bəhili Azərbaycanın şərq sərhədlərinə, Həbib ibn Məsləmə isə Tiflisə   islamı yaymaq üçün göndərilmişdi.


Qeyd edilir ki, Xəlifə Ömərin xəlifəliyi dövründə Azərbaycana  və buradakı islamlaşmaya ayrıca önəm verilirdi. O, dövrün çox hörmətli adamı Peyğəmbərin (s.a.s.) səhabələrindən olan  Əbdüləziz ibn Hatim(Xatim-?) ibn ən-Numanı buraya vali təyin etmişdi. Azərbaycanda islamın yayılmasında bu valinin  xüsusi rolu olmuşdur. O, Azərbaycanda islami idarənin mərkəzi olan Ərdəbilə gəlmiş və onun bu gəlişi ilə şəhərdə yeni bir canlanma və islamın təbliğində yeni bir hərəkat başlamışdır. Ərəb müəllifi əл-Qəlqəşəndi qeyd edir ki, Azərbaycanda ilk məscid Ərdəbil şəhərində tikilmişdir. Bu məscid  ölkəyə  hakim təyin olunmuş əl-Əş`as ibn Qeys tərəfindən tikilmuşdir.İslamın yalılması ilk dövrlərdə çətinliklə keçdiyindən Ərəb fatehləri islamın yayılması üçün müxtəlif metodlardan, o cümləədən cazibəli, şirnikləndirici metodlardan da istifadə edirdilər. Xəlifə Ömərin fərmanına görə, islamı qəbul etmiş kəndli hətta xəzinədən mükafat da alırdı. Bundan başqa islamı qəbul etmək, həmin adamları nəzəri olaraq müsəlman ərəblərlə bərabərləşdirirdi. Yeni dinə keçənlərin böyük bir hissəsi müsəlman ordusuna yazılır, bununla da, cizyədən azad edilirdi . Ona görə də sərkərdələr əvvəllər bütlərin saxlandığı yerlərdə məscid tikdirərək  əmr verirdilər ki, şəhər sakinləri hər cümə günü buraya ibadətə gəlsinlər, üstəlik də əmrə əlavə olaraq bildirilirdi ki,  ibadətə gələn hər adama 2 dirhəm veriləcək. İlk vaxtlar belə məscidlər  ancaq ərəb qəbilələrinin yerləşdirildikləri şəhərlərdə fəaliyyət göstərirdi. Xəlifə Ömərin dövründə əl-Əşas  dövlət xəzinəsinin  hesabından maaş və təqaüd alan bir dəstə ərəbi Azərbaycana köçürtdürərək, onlara əmr etmişdi ki, buranın əhalisini islamı qəbul etməyə sövq etsinlər .Xəlifə Ömərin dövründə başlanan islamın təbliğini ondan sonra  Xəlifə Osman (644-656)  davam etdirmişdir. Onun dövründə Sasanilərin hakimiyyəti (651-652) tam olaraq susduruldu. Fatehlər İrandan şimala, şərqə, qərbə doğru yolları  üzərində yerləşən ölkələri tutdular.  Beləlıklə, müsəlmanların hakimiyyəti daha böyük bir əraziyə yayıldı, Xilafət dövrün ən nəhəng dövlətinə çevrildi. Xəlifə Osmanın hakimiyyətinin sonunda islam siyasi və dini cəhətdən də güclü mərkəzləşdirici amilə çevrilə bilmişdi. 

Məqalənin tam mətni ilə saytın Muzey KİV-də blokunda tanış olmaq olar.