XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Yanvar, 2015
Azərbaycan Tarixinin elmi ekspozisiyası şöbəsi toplama işini davam etdirir

Azərbaycan Tarixinin elmi ekspozisiyası şöbəsinin əməkdaşları XX əsrdə Azərbaycanda maarif və təhsil tarixinə dair material, o cümlədən Bakının ümumtəhsil məktəblərinin, orta və ali təhsil müəssisələrinin müəllim və tələbələrinin fotoşəkillərini toplamışdı.


Materiallar arasında həmin məktəbləri bitirmiş ilk məzunların fotovinyetləri, Dövlət Ali Məktəblərinin tarixini əks etdirən sənədləri, diplomları, vəsiqələri, fərmanları, kitabları və Azərbaycan Dövlət Neft İnstitutunun  10 illiyinə (1921-1931) həsr edilmiş “Xəbərlər” ini xususilə qeyd etmək lazımdır.