Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Baş Təhsil idarəsi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə həyata keçirdiyi “Elm-Təhsil –Muzey vəhdətinə məntiqi yanaşma” layihəsinin növbəti mərhələsi başa çatmışdır.
2015-ci il yanvarın 24-də Milli Azərbaycan Tarixi Muzeyində qalib şagirdlər, onların təhsil aldıqları məktəbin direktor və müavinlər və valideynlərlə birlikdə görüş keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq qalib şagirdləri təbrik etdi və bir daha layihənin məqsədini açıqlayaraq, növbəti mərhələdə bu şagirdlərlə necə görüşlər keçiriləcəyi haqqında məlumat verdi. Sonra tətbiq edilən layihə qonaqlarla diskusiya şəklində müzakirə olundu. 8 saylı məktəbin direktoru Aytən Baxşıyeva, onun müavini İbrahimli Səfurə, 7 saylı məktəbin direktoru Könül Həsənova, Elitar gimnaziyanın direktor müavini Nəsib Musayev, 1 saylı məktəbdən valideyn Minaxanım Hacıyeva, 160 saylı məktəbin tarix müəlliməsi Gülsurə Babayeva və bir neçə valideynlər layihəni bəyəndiklərini vurğuladılar. Onlar bir neçə dəyərli təkliflər də irəli sürdülər.
Daha sonra söz qalib şagirdlərə verildi.Onlar qalib olduqları üçün çox sevindiklərini bildirməklə, bu layihədə iştiraklarını Doğma Vətənlərinə olan sevgidən irəli gəldiyinə və bundan sonra daha əhatəli biliyə malik olmaqla, gələcəkdə tam bir şəxsiyyət kimi formalaşmalarında həyata keçirilən bu layihənin əhəmiyyətindən danışdılar.
Sonda muzeyin elmi işçisi və bu layihənin həyata kecirilməsində iştirak edən Ləman Musayeva çıxış edərək layihənin təhsilə verəcəyi töhfələri vurğuladı. Görüşün sonunda “Elm- Təhsil –Muzey vəhdətinə məntiqi yanaşma” layihəsinin rəhbəri Nardanə Yusifova hər həftənin şənbə günü saat 12 və 14 –də qalib şagirdlərlə xüsusi proqramla məşğul olacaqlarını və onlardan daha aktiv olanlarını aprel ayında keçiriləcək konfransda çıxışa hazırlayacağını və bu dərslərin may ayına kimi davam edəcəyini bildirdi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.