XXI ƏSR Beynəxalq Təhsil və İnnovasiya Mərkəzinin həm Azərbaycan bölməsinin ,həm də mərkəzin nəzdində olan Cambridge School-un tarix müəlliməsi Məmmədzadə Nilufər 7E sinfinə “Azərbaycan Eldənizlər(Atabəylər) dövlətinin və monqolların yürüşləri ərəfəsində” mövzusunda diskussiya xarakterli açıq dərs keçmişdir.
Dərsdə İKT vasitələri olan komputer, proyektor və mimio studio programı üçün nəzərdə tutulmuş aparatdan istifadə olunmuşdur.
Dərs, Eldənizlər dövlətinin hökmdarlarının hakimiyyəti illərində Azərbaycanın sosial-iqtisadi , daxili və xarici siyasətinin müzakirəsi ilə başlamış , mövzuya dair müxtəlif xarakterli tapşırıqlar yerinə yetirilmişdir. Daha sonra Çingiz xanın şəxsiyyəti haqqında müəllim tərəfindən məlumat verilmiş və Çingiz xana dair çəkilmiş qısa video şagirdlərə nümayiş etdirilmişdir. Çingiz xanın yaratdığı Monqol imperatorluğunun müxtəlif illərdə əhatə etdiyi ərazilərdən bəhs edən video çarx göstəriləndən sonra Monqolların Azərbaycana birinici yürüşündən bəhs edən qısa filmə baxılmışdır. Dərs müəllimin hazırladığı məntiqi sual və möhkəmləndirici sualların cavablandırılması və qiymətləndirmə ilə yekunlaşmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.