Milli Azərbaycan Tarixi Muzeyində re-ekspozisiya işləri çərçivəsində “Azərbaycanın sualtı arxeologiyası” bölməsi yenidən quruldu.
Belə ki, 2008-2014-cü illərdə mövcud olmuş bölmədə “Azərbaycanın sualtı arxeoloji tapıntıları” vitrinində eksponatlar, eləcə də açıq podiumlar üzərində daş lövbərlər nümayiş olunurdu.Yeni ekspozisiyada Azərbaycan arxeoloqları tərəfindən Xəzərin dibindən aşkar etdikləri və hazırda Muzeyi Arxeoloji fondunda qorunan əlavə arxeoloji eksponatlar, dəniz dibindən aşkar edilmiş və Muzeyin Bərpa laboratoriyasında təmizlənərək bərpa olunmuş XVIII- XIX əsrlərə aid metal lövbərlər qoyulmuşdur. Burada həmçinin əlavə informasiya paneli, Azərbaycanın tanınmış rəssamı K.Xanlarovun “Bakı buxtası” rəsm əsəri, “Sualtı arxeoloq dəniz dibində” banneri də yerləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda yeganə olan Sualtı arxeoloji qrup Milli Azərbaycan Tarixi Muzeyin tərkibində fəaliyyət göstərmişdir. Bu qrupun sualtı dalğıc- arxeoloqun avadanlığı (akvalanqlar, rezin hava balonu) və ləvazimatı (sualtı saat, kompas, yazı dəsti, metrə), arxeoloji tədqiqatları əks etdirən sənədli film, uzun illər Muzeyin sualtı qrupunda işləmiş Q.Ağayevin dalğıc vəsiqəsi yeni ekspozisiyada nümayiş olunur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.