XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Fevral, 2015
“Elm- Təhsil –Muzey vəhdətinə məntiqi yanaşma” layihəsi haqqında növbəti xəbər

     Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Baş Təhsil idarəsi və  Milli Azərbaycan Tarixi Muzeyinin birgə həyata kecirdiyi “Elm- Təhsil –Muzey vəhdətinə məntiqi yanaşma” layihəsinin tətbiqi baxımından  növbəti görüş keçirildi.


Bu görüş ”Fənlərarası vəhdətdə tarixin rolu” mövzusunda aparıldı. Dərsi “Elmi maarif” şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova apardı. Mövzunun haqqında müəyyən məlumatlar verildikdən və mövzunun muzeylə-tariximizlə fənlərarası əlaqədə izahından sonra şagirdlər aktiv olaraq disskusiya şəklində öz maraqlı fikirlərini bildirdilər.

Dərsin belə dərinləşmiş proqramla izahı şagirdlərdə bütün fənlərdə tarixin rolunu araşdırmağa maraq oyatdı. Onlara evdə hansı səpgidə iş aparmaq və fənlərarsı əlaqə baxımından bir neçə zehni oyunlar üzərində işləmələri tapşırıldı.

         Növbəti dərsin mövzusu səsləndirildi və mövzunun daha səmərəli mənimsənilməsi üçün şagirdlərə indidən mövzu ətrafında onları hansı sual maraqlandırırsa, o suallar da cavablaçdırılacağı deyildi. Mövzu isə “Keçmişi gör, gələcəyi qur düşüncəsinə məntiqi yanaşma” başlığı altında keşiriləcəyi  vurğulandı.

          Görüşdə maraqlanan hər kəs iştirak edə bilər.