Azərbaycan tarixinin elmi ekspozisiyası şöbəsinin əməkdaşları Böyük Vətən Müharibəsi dövrünə aid yeni materiallar təqdim edir.
Bu materiallar arasında 416-cı atıcı diviziya sıralarında kəşfiyyatçi kimi döyüş yolunu keçmiş, müharibənin sonunda isə Almaniya Reyxinin keçmiş dəftərxanasına komendant təyin olunmuş kapitan Əziz Əlizadənin tək və qrup fotoşəkilləri (2 ədəd), Rusiyanın Kuban bölgəsində partizan hərəkatının fəal iştirakçısı İsmayıl Ağalarovun işğalçılara qarşı mübarizəsini əks etdirən fotoşəkil və sənədləri (14 ədəd), Yuqoslaviya Müqavimət hərəkatı sıralarında bu ölkənin azad olunması uğrunda vuruşan və bu xidmətlərinə görə Yuqoslaviya Sosialist Federativ Respublikasının sədri, marşal İosip Broz Tito tərəfindən xatirə medalı ilə (müvafiq fərman materiallar arasındadır) təltif edilən Rza Orucovun müxtəlif sənədləri ( 9 ədəd), habelə dörd dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Georgi Jukovun kitab və fotoşəkilləri var (4 ədəd).
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.